Sumqayıt şəhərində binadan yıxılan vətəndaşa kömək göstərilib
Bakı, 25 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112-qaynar telefon xəttinə Sumqayıt şəhərinin 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında bir vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanından yıxılaraq ikinci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq kömək göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub VİDEO
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb