Ötən ay dəniz limanlarında 1 milyon tondan çox yükləmə-boşaltma işləri həyata keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Oktyabrda dəniz limanlarında 1 milyon 33,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 918 min tonunu tranzit yükləri təşkil edib.
Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 1900 nəfər olub.
Qazaxıstan dənizdə axtarış-xilasetmə tədbirləri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək istəyir
Soçiyə aviabiletlərin satışına başlanılıb
AZAL Vyanaya uçuşlar yerinə yetirməyə başlayır