×
A
A
A
Sazlamalar

Samuxda süni mayalama üsulu ilə 511 baş buzov doğulub

Samux, 25 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Samux rayonunda 2022-ci ilin yanvar-sentyabr aylarında 1372 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, heyvanların süni mayalandırılmasından 511 baş bala alınıb. Ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalama üsulu ilə 10693 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalama üsulu ilə alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Oktyabrın 1-dək rayonda iribuynuzlu mal-qaranın baş sayı 23910 baş, qoyun və keçilərin baş sayı isə 130743 başa çatıb.
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub.

Kənd təsərrüfatı 2022-11-25 11:44:00