×
A
A
A
Sazlamalar

Oktyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 25 noyabr, AZƏRTAC

Cari ilin oktyabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 5591 ədəd, dəyəri isə 85 milyon 337 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 12-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi, 5037-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi, 499-u yük daşımaq üçün, 43-ü isə xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələridir.

Nəqliyyat 2022-11-25 11:29:00