Naftalanda qış mövsümünə hazırlığın yekunlarına həsr olunan müşavirə keçirilib
Naftalan, 25 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunan müşavirə təşkil olunub.
Müşavirədə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, şəhər polis şöbəsinin rəisi, icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların, şəhərin xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər rəhbəri qış mövsümünə hazırlıqla bağlı görülən işlər haqqında ətraflı məlumat verərək vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də əhalinin rifahının yüksəldilməsi istiqamətində infrastruktur layihələr, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı işlər uğurla həyata keçirilir. Həmçinin, qarşıda duran vəzifələr iştirakçıların nəzərinə çatdırılıb, zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Payız-qış mövsümü ilə əlaqədar şəhər icra hakimiyyətində təsdiq olunan Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən ayrı-ayrı təsərrüfat xidmətlərinin sərt havalarda xüsusi rejimdə çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi də diqqətə çatdırılıb. İclasda xidmət sahələrinin rəhbərləri qış mövsümünə hazırlığın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri ilə çıxış ediblər.
Müzakirələr zamanı mövsümi məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Ağdamda şəhid Rahib Məmmədovun xatirəsi anılıb
Azərbaycanda idmanın inkişafı və gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir
AQTA: Abşeronda bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb