Polis Akademiyasının əməkdaşları Şirvanda şagirdlərlə görüşüblər
Şirvan, 24 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan şəhər 21 saylı tam orta məktəbdə şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat verilib. Polis sıralarına qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb. Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat verilib.
Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Sumqayıt musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Ağdamda şəhid Rahib Məmmədovun xatirəsi anılıb
Azərbaycanda idmanın inkişafı və gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir
AQTA: Abşeronda bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb