Azərbaycanda icarə müqavilələrinin sayı 2,8 dəfə artıb
Bakı, 24 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 10 ayı ərzində ümumilikdə 3340 yeni icarə müqaviləsi bağlanılıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bundan 705-i qeyri-yaşayış sahələri üzrə, 2635-i isə torpaq sahələrinə dair olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən yanvar-oktyabr aylarında dövlət büdcəsinə ümumilikdə 21,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Qarabağda İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub
Logistika sahəsində KOB-ların fəaliyyəti müzakirə edilib
MDB Hökumət Başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək