Siyəzəndə 100-ə yaxın gənc dərs və test vəsaitləri ilə təmin olunub
Siyəzən, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin təşkilatçılığı ilə kəndlərdə yaşayan gənclər üçün “1 Kitab – 1 Gələcək” layihəsi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi kəndlərdə yaşayan gənclərin əlavə dərs və test vəsaitlərinə əlçatanlığını təmin etməkdir.
Noyabr ayı ərzində layihə Beşdam və Balaca Həmyə kəndlərini əhatə edib. Bu iki kənddə gənclər dərs və test vəsaitləri ilə təmin olunub. İndiyə kimi layihədən 100-ə yaxın gənc faydalanıb.
Qeyd edək ki, “1 Kitab - 1 Gələcək” layihəsi dekabr ayında da davam edəcək.
Kəlbəcərdə “Niva” markalı avtomobil aşıb: Ölən və xəsarət alanlar var
Göygöldə mebel salonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB
“Hər an türk qanına susamış saqqallıların gələcəyini gözləyirdik...” - Qafanlı müəllim
Kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb
Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalacaq VİDEO