On ayda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 73,3 milyon manat daxil olub
Bakı, 24 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 53 hərrac keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 473 nəqliyyat vasitəsi özəlləşdirilib.
Yanvar-oktyabr ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 352 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 94 onlayn qoşulma reallaşıb. Bu dövrdə hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
On ayda ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 73,3 milyon manat təşkil edib.
AMB: Bir neçə BOKT-un vəzifəli şəxsləri məsuliyyətə cəlb olunublar
Baş direktor: Azərbaycanda dələduzluq hallarının göstəricisi beynəlxalq trendlərdən yuxarı deyil
Startaplar üçün Azərbaycanın Koreya ilə birgə təlim proqramına qeydiyyat başlayıb
Azərbaycanlı ekspertlər beynəlxalq kibertəhlükəsizlik mərkəzlərində olublar
Dövlət Vergi Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib