Sabunçu rayonunda evlərdən pul və qızıl əşyaları oğurlanıb
Bakı, 24 noyabr, AZƏRTAC
Sabunçu rayonunda iki evdən, bir həyətyanı sahədən və 1 mağazadan 4450 manat pul, qızıl əşyaları, məişət avadanlıqları və 800 manat dəyərində tütün məmulatlarının qeyri-aşkar şəraitdə talanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Sahil Mahmudov saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib
DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
Binəqədidə narkotik satan şəxslər İrandakı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər VİDEO
İran vətəndaşından 6 kiloqramdan çox narkotik vasitə alan şəxs saxlanılıb VİDEO