KOBİA indiyədək bank sektoru ilə bağlı 18 sahəvi və maarifləndirmə tədbirləri keçirib
Bakı, 24 noyabr, AZƏRTAC
Maliyyə və bank sektoru ilə bağlı aidiyyəti qurumların da iştirakı ilə KOBİA tərəfindən bu il sayı 5 olmaqla, bu günədək 18 sahəvi və maarifləndirmə tədbirləri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, bu tədbirlərdə onları maraqlandıran suallar cavablandırılıb, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınıb, habelə dövlətin bu istiqamətdə dəstək alətləri onlara izah edilib. Eyni zamanda, keçirilmiş görüşlərin nəticələri əsasında mövcud sektorun problemləri dövri olaraq aidiyyəti qurumlara təqdim edilib.
O.Məmmədov deyib: “Biz ayrı-ayrı banklarla da birgə böyük layihələr icra etmişik və bu gün də belə layihələri davam etdirməkdəyik. Belə layihələrdən biri KOBİA və “Rabitəbank”ın birgə həyata keçirdiyi “Biznesdə Qadınların Gücü” adlı layihəmizdir. Bu layihəni həyata keçirməkdə məqsədimiz qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir”.
Bakıda Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirilib
Türkiyəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının təqdimatı olub
“Azərsu” 2021-2022-ci illər üzrə kommunal xidmət təşkilatları arasında 1-ci yeri tutub
Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın qeyri-neft məhsullarının ixracı 12 faizdən çox artıb