Sabunçu qəsəbəsində evdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 23-də Sabunçu qəsəbəsindəki evlərin birindən 760 manat məbləğində pul və üç mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan Samit İsmayılzadə saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO