×
A
A
A
Sazlamalar

“Ümid” yatağından 10 ildə 6 milyard kubmetrdən çox qaz hasil edilib

Bakı, 24 noyabr, AZƏRTAC

“Ümid” yatağından cari il noyabrın 1-nə qədər təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir.
Qeyd edək ki, “Ümid” yatağı 2010-cu il noyabrın 24-də kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.

Neft - qaz 2022-11-24 14:40:00