×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Sumqayıt, 24 noyabr, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin müəllimləri Vətən müharibəsinin şəhidi Aydın Nəriman oğlu Əliyevin ailəsini ziyarət ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, Şəhidlər xiyabanındakı məzarı ziyarət olunandan sonra müəllimlər onun ailəsinin yaşadığı evdə olub, ailənin qayğıları ilə maraqlanıblar.
Xatırladaq ki, Aydın Əliyev 1991-ci il yanvarın 9-da Sumqayıt şəhərində anadan olub. O, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qəhrəman əsgər 2020-ci il noyabrın 7-də Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb, 21 gün komada qalıqdan sonra, noyabrın 28-də şəhidlik zirvəsinə yüksəlib. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

 

Regionlar 2022-11-24 14:25:00