Əlcəzair portalı Prezident İlham Əliyevin Serbiyaya səfərindən yazıb
Qahirə, 24 noyabr, AZƏRTAC
Əlcəzairin geniş oxucu kütləsinə malik olan “Əl Hərir” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri haqqında ərəb dilində xəbərlər yayımlayıb.
AZƏRTAC-a istinadla yayımlanan xəbərlərdə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı serbiyalı həmkarı Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında iki ölkə arasında dostluğun əbədi olacağını bəyan edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir və bu istiqamətdə əlavə addımlar atılacaq.
Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, enerji təminatı baxımından Prezident İlham Əliyevə minnətdarlıq edən Serbiya Prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarının sözünün onun imzasına bərbər olduğunu deyib. O vurğulayıb ki, Prezident İlham Əliyev nəinki Serbiya, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır.
Azərbaycan parlamentinin sədri ölkəmizin Misirdəki səfirliyində olub
Prezident İlham Əliyev: Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib
Prezident: Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir
Prezident İlham Əliyev: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib
Sülhməramlıların 6 avtomobilinin Laçına maneəsiz keçidinə şərait yaradılıb