×
A
A
A
Sazlamalar

“SOCAR Energy Ukraine” bütün yanacaqdoldurma məntəqələrini tam elektrik enerjisi ilə təmin edib

Kiyev, 24 noyabr, AZƏRTAC

Ukraynada müharibə nəticəsində elektrik enerjisində yaranan ciddi problemi aradan qaldırmaq məqsədilə “SOCAR Energy Ukraine” bütün yanacaqdoldurma məntəqələrini xüsusi generatorla tam təmin edib.
AZƏRTAC xəbər verir ki, “SOCAR Energy Ukraine” elektrik enerjisiz qalan ukraynalılara yardım təklif edib. Bildirilib ki, yanacaqdoldurma məntəqələrində fasiləsiz istilik, internet mövcuddur. Ukrayna vətəndaşları soyuq hava şəraitində ehtiyac yarandığı halda SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrindən istifadə edə bilərlər.
Onu da qeyd edək ki, Ukraynanın digər şirkətlərinə məxsus yanacaqdoldurma məntəqələrinin heç biri tam generatorla təmin olunmayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İqtisadiyyat 2022-11-24 13:44:00