×
A
A
A
Sazlamalar

Marketdə satıcıdan quldurluq yolu ilə pul və ərzaq məhsulları talayan keçmiş məhkum saxlanılıb

Bakı, 24 noyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsində 43-cü polis bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2022-11-24 12:08:00