×
A
A
A
Sazlamalar

Qida məhsullarının saxlanılma və daşınma proseslərində qida təhlükəsizliyinə dair tələblərlə əlaqədar təlim keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

Sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə Qida Təhlükəsizliyi İnstitutu tərəfindən mütəmadi olaraq təlimlər keçirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti nəzəri-praktiki təlim “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida məhsullarının saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinə dair tələblər” mövzusunda təşkil edilib.
Təlim zamanı iştirakçılar qida zəncirinin mərhələləri, qida məhsullarının saxlanması və daşınması prosesləri, icra edilməli olan təhlükəsizlik qaydaları və qanunvericiliyin tələbləri, eləcə də beynəlxalq təcrübə haqqında ətraflı məlumatlandırılıb. Həmçinin təlimdə qida məhsullarının saxlanılması və daşınması zamanı müşayiətedici sənədlərin təmin olunması, xəbərdaredici nişanlar və həmin proses çərçivəsində tətbiq edilməsi vacib olan digər məsələlər barədə məlumat verilib.
Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.

Sosial 2022-11-24 10:51:00