Ağcabədidə növbəti maarifləndirmə tədbiri “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda olub
Ağcabədi, 24 noyabr, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pedaqoji Kollecdə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verib. Bildirib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Məişət zorakılığı ailədə böyüyüb boya-başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir.
Digər çıxış edənlər məişət zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin və belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Gənclərin karyera və şəxsi inkişafı ilə bağlı görüş olub
Qardaş köməyi: Gəncədən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək
Kamil bir palançı olsa da insan…
Naxçıvandan Türkiyəyə ilkin olaraq 12 TIR yola düşüb
Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib