Milli Məclisin deputatları ASEAN PA-nın 43-cü Baş Assambleyasında keçirilən müzakirələrdə iştirak ediblər
Bakı, 23 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 23-də Baş Assambleya çərçivəsində təşkilata üzv ölkələrin nümayəndələri ilə müşahidəçi parlamentlərin təmsilçiləri arasında dialoq keçirilib. Tədbirdə Milli Məclisin üzvləri - Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ramin Məmmədov və Elnur Allahverdiyev iştirak ediblər.
“Sülh, davamlı inkişaf və COVID-19-dan bərpaya investisiya” mövzusunda keçirilən müzakirələrdə deputatlarımız çıxış edərək, Azərbaycanın sülh, davamlı inkişaf, COVID-19-dan sonrakı dövrdə bərpa prosesində fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat veriblər.
Daha sonra Milli Məclisin üzvləri tərəfindən üzv parlamentlərin nümayəndələrinin sualları cavablandırılıb.
Türkiyənin zəlzələdən zərər çəkmiş 12 vilayətindən 205 Azərbaycan vətəndaşı təxliyə edilib
Sülhməramlıların 33 avtomobilinin Laçına maneəsiz keçidinə şərait yaradılıb
Azərbaycan parlamentinin sədri ölkəmizin Misirdəki səfirliyində olub
Prezident İlham Əliyev: Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib
Prezident: Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir