Polis Akademiyasının təşkilatçılığı ilə Ağdamda şagirdlərlə görüş olub
Ağdam, 23 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam mərkəzində ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat verilib. Gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb. Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında da geniş məlumat verilib.
Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Xaçmazlı iş adamları şəhid anasına ev hədiyyə ediblər
"Zəngəzur Azərbaycandır: arxiv sənədlərinin dili ilə" layihəsinin təqdimatı olub
FHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçib