×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2038024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 99,0341 (4,18 faiz) manat və 99,1060 (3,87 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44 milyon 901 min 400 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,0524 (4,10 faiz) manat, orta ölçülmüş qiyməti isə 99,0773 (3,99 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il fevralın 15-də ödəniləcək.
Həmin gün AMB-nin AZ2037024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracı baş tutub. Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99,7017 (3,85 faiz) manat və 99,7363 (3,40 faiz) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 52 milyon 811 min 300 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,7286 (3,50 faiz) manat, orta ölçülmüş qiyməti isə 99,7317 (3,46 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar dekabrın 21-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.

 

Maliyyə 2022-11-23 19:24:00