Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.
Bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır.
Türkiyənin Vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sülhməramlıların 33 avtomobilinin Laçına maneəsiz keçidinə şərait yaradılıb
Azərbaycan parlamentinin sədri ölkəmizin Misirdəki səfirliyində olub
Prezident İlham Əliyev: Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib
Prezident: Tofiq Quliyevin əsərləri bizim böyük sərvətimizdir
Prezident İlham Əliyev: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib