Aleksandar Vuçiç: Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir
Bakı, 23 noyabr, AZƏRTAC
Biz enerji təminatı baxımından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Serbiya, əlbəttə ki, sadiq bir tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.
Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır: “Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”.
Prezident Klaus Yohannisin Azərbaycana səfəri Rumıniya KİV-ləri tərəfindən geniş işıqlandırılıb
Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir
Azərbaycan Avropaya yaşıl enerji ixracında əsas ölkələrdən birinə çevrilir
Ukraynalı politoloq: Belarus istiqamətindən Kiyevə hücum riski azdır