×
A
A
A
Sazlamalar

® “Ziraat Bank Azərbaycan” hər zaman qazi və şəhid ailələrinin yanında

Sosialyönümlü layihələrin həyata keçirilməsində aktiv iştirak edən “Ziraat Bank Azərbaycan” ASC özünüməşğulluq proqramı çərçivəsində şəhid və qazi ailələrinə müxtəlif sahələr üzrə sahibkarlıq fəaliyyətinə başlamaları məqsədilə dəstək olmağa davam edir.

Bu dəfə Bank proqram çərçivəsində İkinci Qarabağ müharibəsinin qazisini mebel kəsimi aparatı ilə, şəhid ailəsinin üzvünü isə un məmulatları istehsalı üçün lazımi avadanlıqlarla təmin etmiş və beləliklə də onlara fərdi təsərrüfatlarının təməlini qurmaları üçün imkan yaradıb. Qeyd edilən özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandumun icrası çərçivəsində həyata keçirilir. Bank proqramın 2022-ci ilə aid mərhələsini bitirərək daha əvvəl qeyd etdiyi kimi bu mərhələdə şəhid ailələri və qazilərin şəxsi bizneslərinin yaradılmasına dəstək verilməsinin prioritet istiqamət olaraq seçilməsini təsdiqləyib. Bank bu günədək Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam və digər bölgələrimizdə yaşayan bir çox vətəndaşımızı öz şəxsi bizneslərinin qurulmasında fərqli növ avadanlıqlarla təmin edərək dəstək olub.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Sosial 2022-11-23 16:50:00