Bakıda keçirilən “NATO günləri” davam edir
Bakı, 23 noyabr, AZƏRTAC
“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri noyabrın 23-də “N” hərbi hissəsində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Azərbaycan-NATO əlaqələri, hərbi hissənin fəaliyyəti və təlim mərkəzləri, eləcə də şəxsi heyətin hazırlıq prosesi haqqında brifinq təqdim olunub.
Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri tərəfindən müxtəlif mövzularda brifinqlər verilib.
Brifinqlərin təqdimatından sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Daha sonra nümayəndə heyəti hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.
Sonda qonaqlar hərbi hissədə hərbi qulluqçular üçün yaradılan xidməti şərait və silahlanmada olan döyüş texnikası ilə tanış olublar.
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO