×
A
A
A
Sazlamalar

Sahibkarlıq subyekti üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təlim təşkil edilib

Bakı, 23 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti nəzəri-praktiki təlim “SAF Catering edu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılar qida zəncirinin bütün mərhələlərində, o cümlədən istehsal zamanı yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumatlandırılıb, həmçinin qida istehsalı müəssisələrində şəxsi gigiyena qaydalarına əməl edilməsinin xüsusi əhəmiyyət daşımasından bəhs olunub və proses əyani formada iştirakçılara izah edilib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.

Sosial 2022-11-23 15:16:00