×
A
A
A
Sazlamalar

Oktyabrda dəmir yolu ilə 366,6 milyon dollarlıq yük daşınıb

Bakı, 23 noyabr, AZƏRTAC

Oktyabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 750 min 606 ton yük daşınıb ki, bu yüklərin dəyəri 366,6 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 297 min 187 ton yükün dəyəri 139,9 milyon dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 453 min 418 ton, dəyəri isə 226,7 milyon dollar olub.

Nəqliyyat 2022-11-23 14:41:00