Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib VİDEO
Belqrad, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşıladı.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb VİDEO
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar YENİLƏNİB VİDEO