×
A
A
A
Sazlamalar

XII Avropa Film Festivalı davam edir

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 25-də “Landmark” kino klubunda XII Avropa Film Festivalı çərçivəsində “Ana və ailənin digər axmaqları” (Mom and other loonies in the family) dramı nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, 2015-ci ildə çəkilən filmin rejissoru və ssenari müəllifi İbolya Feketedir.
Film 20-ci əsrdə Macarıstanda dörd qadın nəslinin hekayələrindən bəhs edir. Müharibə, inqilab və yoxsulluğun ağır dövrlərinə baxmayaraq, ailə öz yumorunu və gücünü qoruya bilir.
Rollarda Ester Onodi, Tibor Qaspar, Petra Hovanets və başqaları çəkilib.
Film macar dilində ingilis altyazıları ilə nümayiş olunacaq.



 

Teatr və kino 2022-11-23 11:47:00