×
A
A
A
Sazlamalar

İsmayıllıda tərəvəz sahələrindən 7460 tondan çox məhsul yığılıb

İsmayıllı, 23 noyabr, AZƏRTAC

İsmayıllı rayonunda tərəvəz məhsullarının yığımı başa çatıb, 7462 ton məhsul istehsal olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə İsmayıllıda 745 hektar sahədə tərəvəz bitkiləri yetişdirilib. Tərəvəz əkinləri əsasən rayonun suvarma suyu ilə təminatı daha yaxşı olan Kürdmaşı, Qalınçaq, Topçu, Diyallı, Qubaxəlilli kənd, İsmayıllı şəhər icra nümayəndəliklərində aparılıb. Bölgədə daha çox xiyar (190 hektar) və pomidor (155 hektar) əkilib ki, bu da ümumi tərəvəz əkini sahələrinin 46 faizini təşkil edir.
Qeyd edək ki, bu il tərəvəz sahələrində orta məhsuldarlıq 100 sentner olub. İstehsal ötən ildəkindən 6 ton çoxdur.

Kənd təsərrüfatı 2022-11-23 10:42:00