×
A
A
A
Sazlamalar

Səməd Vurğun adına Mərkəzi Kitabxanada Sumqayıtın 73 illiyi qeyd olunub

Sumqayıt, 23 noyabr, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli S.Vurğun adına Mərkəzi Kitabxanada Sumqayıt şəhərinin 73 illiyi münasibətilə “Sumqayıt: Arzuların şəhəri” adlı tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov, üzvləri Şıxbaba Rzayev, İsaq Vəliyev, Gülnaz Səfərova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Eyruz Məmmədov, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü, şair İbrahim İlyaslı və Sumqayıt Peşə Təhsili Mərkəzinin, 5 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi və tələbələr iştirak ediblər.
Regional idarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbiri kitabxananın əməkdaşları Sevda Məhəmmədova və Təranə Tapdıq qızı açaraq, Sumqayıtın tarixi, keçdiyi inkişaf yolu, bu günü haqqında maraqlı faktları diqqətə çatdırıb.
Sonra Sumqayıta həsr olunan şeirlər təqdim edilib.
Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Axundzadə kitabxananın tarixindən söz açıb, şəhərin həyatında kitabxanaçı əməyinin də danılmaz olduğunu qeyd edib, qonaqlara və iştirakçılara təşəkkürünü bildirib.

Regionlar 2022-11-23 10:17:00