Gənc şair Əyyub Türkayla məktəblilərin görüşü keçirilib
Lənkəran, 23 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində gənc şair Əyyub Türkayla görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər, körpələr evi-uşaq bağçalarının balaca fidanları iştirak ediblər. Uşaq şairi Əyyub Türkay görüş zamanı bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər oxuyub.
Uşaqlar da şeirlər söyləyib, rəqs nömrələri nümayiş etdiriblər.
Daha sonra görüşdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevər və yazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək uşaq ədəbiyyatının inkişaf etdirilməsindən danışıb, uşaq yazarları ilə tez-tez balaca oxucuların görüşlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sumqayıt musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Ağdamda şəhid Rahib Məmmədovun xatirəsi anılıb
Azərbaycanda idmanın inkişafı və gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir
AQTA: Abşeronda bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb