Cəlilabadda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Cəlilabad, 23 noyabr, İlkin Adıyev, AZƏRTAC
Ədliyyə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında, qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir. Ölkəmiz bu gün qanunun aliliyinin bərqərar olması və vətəndaşların qanun qarşısında ümumbəşəri bərabərliyinin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunda da Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Qubada qəza: ölən və yaralanan var
Sumqayıtda şəhid ailəsi ziyarət olunub
İsmayıllıda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Beynəlxalq səyyahlar kütləvi məzarlığın axtarışı gedən Aşağı Seyidəhmədli kəndində olublar VİDEO
Qubalı məktəblilər Polis Akademiyasına qəbulla bağlı məlumatlandırılıblar