×
A
A
A
Sazlamalar

Gədəbəydə ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada ölüb

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
DİN mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

 

Hadisə 2022-11-23 03:12:00