×
A
A
A
Sazlamalar

Bərdədə “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı növbəti tədbir “Multikulturalizm” mövzusuna həsr edilib

Bərdə, 22 noyabr, AZƏRTAC

Bərdədə “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı növbəti tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlhamə Məmmədovanın təşkilatçılığı ilə “Multikulturalizm” mövzusunda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə İlhamə Məmmədovanın Azərbaycanda yaşayan azsaylı xalqlar və etnik qrupların hərtərəfli inkişafı və qorunması haqqında geniş məruzəsi dinlənilib. Sonra Bərdə Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə çıxış edərək multikulturalizm haqqında geniş məlumat verib. Bildirib ki, multikulturalizm çoxmədənilik, bir çox fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyət deməkdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılıb. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, Cümə məscidinin axundu Ramazan Hüseynov, Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Sevda Süleymanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri Etibar Hüseynov, "Bərdə" qəzetinin müxbiri Şükufə Əliyeva, Bərdə Regional "ASAN xidmət" mərkəzinin əməkdaşı Şamxal Yaqubov çıxış edərək multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu bildiriblər.
Rayon ərazisində yaşayan tatar, yəhudi, rus xalqlarının nümayəndələri Azərbaycan xalqı ilə uzun illərdən bəri mehriban dostluq münasibətləri quraraq yaşadıqlarını qeyd edərək, azsaylı xalqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə, Prezidentimizə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 2 və 3 nömrəli tam orta məktəblərin şagirdləri müxtəlif dillərdə şeirlər söyləyib, 4 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin rəqs qrupu müxtəlif xalqların rəqslərini ifa ediblər.
İştirakçılar "Multikultural və tolerant dəyərlərimiz, tarixilik, varislik, müasirlik" adlı sərgi ilə tanış olublar.

Regionlar 2022-11-23 06:48:00