×
A
A
A
Sazlamalar

Ağcabədidə gənclər “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirilib

Ağcabədi, 23 noyabr, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 11 nömrəli tam orta məktəbdə “Sağlam həyat tərzini təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov tədbirdə çıxış edərək son illər ölkəmizdə sağlam həyat tərzinin təbliğ edilməsi ilə bağlı görülən işlərdən, qəbul edilən qanunlardan, Dövlət proqramlarından ətraflı söhbət açıb, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
İdarənin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov və Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin direktoru Lətafət Əlizadə çıxışlarında narkomanlığın və digər zərərli vərdişlərin dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyandan bəhs ediblər. Zərərli vərdişlərin yalnız sağlamlığa deyil, həm də yaradıcılığa, inkişafa, bütünlüklə ətraf mühitə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb. Sonda yeniyetmə və gənclərə sağlam həyat tərzinin təbliğ edilməsi ilə bağlı hazırlanmış maarifləndirmə materialları paylanıb.

 

Regionlar 2022-11-23 05:09:00