×
A
A
A
Sazlamalar

Həkim rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib

Bakı, 22 noyabr, AZƏRTAC

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim rezidentlərin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, seminarda institutun baş həkimi Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini Nailə Rəhimova həkim əməkdaşlar və həkim rezidentlər iştirak ediblər.
Həkimlər Emil Nuriyev və Fidan Quliyeva “Stevens-Johnson sindromu” mövzusunda məruzələr edib, “Stevens-Johnson Sindromu nədir?”, “Stevens-Conson sindromunun yaranma səbəbləri”, “Diaqnozu necə qoyulur? Müalicəsi necə gedir?” suallarını cavablandırıblar.
E.Nuriyev Stevens-Johnson sindromunun dəri və selikli toxumaların zədələnməsinə səbəb olan nadir xəstəliklərdən olduğunu bildirib. Xəstəlik adətən qripə bənzər simptomlarla özünü göstərir, bədəndə tədricən yayılan və şişən ağrılı səpgilər əmələ gəlir, sonra xəstəlikdən təsirlənən dərinin yuxarı təbəqəsi ölür və soyulmağa başlayır.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb.

Səhiyyə 2022-11-22 15:39:00