×
A
A
A
Sazlamalar

Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb

Bakı, 22 noyabr, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Cəmiyyət 2022-11-22 15:25:00