×
A
A
A
Sazlamalar

DİN: Paytaxtda noyabr ayında taksi sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb

Bakı, 22 noyabr, AZƏRTAC

Paytaxtda polis əməkdaşların keçirdikləri əməliyyat tədbirlər nəticəsində bu ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan bir fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqpozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.

Hadisə 2022-11-22 15:04:00