×
A
A
A
Sazlamalar

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 252 nəfərə çatıb

Bakı, 22 noyabr, AZƏRTAC

İndoneziyada noyabrın 21-də baş vermiş 5,1 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 252 nəfərə çatıb
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi ölkənin hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, daha 31 nəfər itkin düşüb, azı 377 nəfər xəsarət alıb. Həmçinin 7 mindən çox insan təbii fəlakətin fəsadları səbəbindən hələ də evlərinə qayıda bilmir. Qərbi Yava əyalətindəki Çiancur dairəsində məktəblər və xəstəxanalar da daxil olmaqla, 700-dən çox bina zədələnib.
Zəlzələnin episentri ölkənin paytaxtı Cakartadan 74 kilometr cənub-şərqdə, 5 kilometr dərinlikdə yerləşib.
Sakit okean hövzəsində qırılma xətləri üzərində yerləşən İndoneziya tez-tez zəlzələ, vulkan püskürmələri və sunamilərə məruz qalır. 2004-cü ildə baş vermiş güclü zəlzələ və sunami təxminən 230 min insanın həyatına son qoymuşdu.

 

Dünya 2022-11-22 13:41:00