×
A
A
A
Sazlamalar

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) Layihə əlaqələndiricisi xanım Rana Elias və məsləhətçisi Evans Ronald ilə görüş keçirib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, mina təhlükəsi ilə mübarizə sahəsində informasiyanın idarə edilməsi sisteminin tətbiqi prosesində ANAMA ilə GICHD arasında uzun illərlə davam edən əməkdaşlıq mövcuddur.
Görüşdə bu əməkdaşlığın genişləndirilməsi və istifadə olunan sistemin təkmilləşdirilməsi, eləcə də ANAMA-nın informasiya sahəsində çalışan əməkdaşlarına GICHD tərəfindən müvafiq təlimlərin keçirilməsi istiqamətində təkliflər irəli sürülüb.

Cəmiyyət 2022-11-22 12:57:00