×
A
A
A
Sazlamalar

Bakıda mağazadan 24 min manatlıq mobil telefon oğurlanıb

Bakı, 22 noyabr, AZƏRTAC

Bakının Səbail rayonu ərazisində mağazadan ümumi dəyəri 24 min manat olan 9 ədəd mobil telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirib. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.
Səbail Rayon Polis İdarəsinin və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.
Faktla bağlı 9-cu polis bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
"Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Cəmiyyət 2022-11-22 12:43:00