×
A
A
A
Sazlamalar

Azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıblar

Bakı, 22 noyabr, AZƏRTAC

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşrutdan kənar, qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar.
Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Cəmiyyət 2022-11-22 12:35:00