×
A
A
A
Sazlamalar

Bakıda bankomatdan pul çıxaran 62 yaşlı qadına qarşı quldurluq edilib

Bakı, 22 noyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə Binəqədi qəsəbəsindəki bankomatların birində iki nəfərin Bakı şəhər sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmalarına kömək etmələri, sonradan isə onu təqib edərək içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talaması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Cəmiyyət 2022-11-22 12:33:00