×
A
A
A
Sazlamalar

DİN: Ölkəərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarılan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

 

 

 

Hadisə 2022-11-22 10:52:00