Serbiyanın Raska bölgəsində güclü yağış səbəbindən fövqəladə vəziyyət elan olunub
Belqrad, 22 noyabr, AZƏRTAC
Serbiyanın cənubundakı Raska bölgəsində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib.
AZƏRTAC xəbər verir ki, İbar çayında suyun səviyyəsinin 66 santimetr qalxdığı və artmaqda davam etdiyi bildirilib.
Ölkənin bəzi bölgələrində daşqınlarla mübarizəyə ordu da cəlb olunub. Hərbçilər çayların sahillərində qum torbalarında sədlər qurub, daşqın təhlükəsi ilə üzləşən insanların evlərdən evakuasiyasına kömək ediblər.
Novi Pazar, Priepol, Tutin və Raska şəhərlərində uzun müddət davam edən leysan yağışları səbəbindən çaylar daşıb, yaşayış evlərini, sənaye obyektlərini və küçələri su basıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Pakistanda terror qurbanlarının sayı 72-yə çatıb
ABŞ şirkətlərinə “Huawei”yə avadanlıq ixracı üçün lisenziya vermək dayandırılıb
Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır