Ötən həftə ölkədə yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən noyabrın 14-dən 21-dək görülən işlərin həftəlik icmalı barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində Nizami rayonunda Şirin Mirzəyev küçəsi təmir olunub, şəhər, qəsəbə və kənddaxili küçə və yolların təmiri ilə bağlı məlumat verilib, Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilib.
Bundan başqa, Qarabağda yol, körpü və tunel tikintilərindən bəhs edən konfrans keçirilib, AAYDA-nın balansında olan və olmayan yollar barədə məlumat verilib, Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların qəbulu keçirilib.
Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunur
Tikinti sahəsində təhlükəsizliyi təmin edən yeni dövlət standartları qəbul edilib
Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya kursunu seçib və bu istiqamətdə inamla irəliləyir
Ekspert: İnşaat sektorunun inkişafına təsir edən bir sıra amillər mövcuddur
İnşaat sektorunda yeni texnologiyaların tətbiqi günün reallığıdır - Açıqlama