×
A
A
A
Sazlamalar

Litvalı rejissorun “Mariupolis” filmi “Landmark” kino klubunda nümayiş olunacaq

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 23-də “Landmark” kino klubunda XII Avropa Film Festivalı çərçivəsində “Mariupolis” sənədli filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, 2016-cı ildə çəkilən filmin rejissoru və ssenari müəllifi Mantas Kvedaraviçyusdur. Filmin çəkilişləri Ukraynanın Mariupol şəhərində aparılıb.
Filmin süjetinə görə bir kişi balıqçı torunu təmir edib körpüyə çıxır. İki tramvay bir-birinə çırpılır və bu zaman heç kim zərər çəkmir. Zavod işçiləri üçün kiçik konsert təşkil olunur. Skripkaçının səmimi ifası onları kövrəldir. Bombalar dənizə düşür, amma heç kəs bunu hiss etmir.
Rollarda Marina Arxipova, Aleksandr Buli, Aleksandr Jençako və başqaları çəkilib.
Film Litva dilində ingilis altyazıları ilə nümayiş olunacaq.

Teatr və kino 2022-11-21 19:19:00