Rusiya və Türkiyə “Sinop” AES-in inşasını müzakirə edir
Moskva, 21 noyabr, AZƏRTAC
Rusiyanın “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyası Türkiyədə “Sinop” atom elektrik stansiyasının inşası məsələsini müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında korporasiyanın baş direktoru Aleksey Lixaçyov bildirib.
A.Lixaçyov deyib ki, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Rusiya tərəfinə “Sinop” AES-in tikintisinin planlaşdırıldığını deyib. Qeyd edib ki, hazırda layihənin təfərrüatları müzakirə olunur.
“Sinop” Türkiyədə inşa olunacaq ikinci AES-dir. Türkiyə gələcəkdə ölkənin Avropa hissəsində üçüncü belə stansiyanın tikintisini planlaşdırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Pakistanda terror qurbanlarının sayı 72-yə çatıb
ABŞ şirkətlərinə “Huawei”yə avadanlıq ixracı üçün lisenziya vermək dayandırılıb
Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır